
MWC 2023: Təqdimatdan öncə Honor Magic 5 Pro-nun fotoları təqdim edilib
Bugün Honor şirkəti Barselonda keçirilən MWC 2023 sərgisi çərçivəsində Honor Magic 5 smartfon seriyasını təqdim edəcək. Evan Blass adlı məşhur insayder isə təqdimatdan öncə bu seriyaya daxil olacaq Honor Magic 5 Pro modelinin keyfiyyətli fotolarını təqdim edib. Fotolardan da görmək olar ki, yeni smartfon Honor Magic 4 Pro-nun dizayn özəlliklərini özündə saxlasa da, bəzi yeniliklərə sahib olacaq. Beləliklə Magic 5 Pro modeli kənarları əyilmiş dizaynda reallaşdırılmış və nazik çərçivələrə sahib ekran ilə təchiz olunacaq. Ekranın yuxarı sol hissəsində isə ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşəcək. Smartfonun arxa panelində 3 kamera obyektivini özündə birləşdirəcək dairəvi formalı böyük kamera sahəsi olacaq. Gözləntilərə əsasən Honor Magic 5 Pro smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.81 düym OLED ekran ilə təchiz olunacaq və Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.
Paylaş
Bənzər xəbərlər