main-post-cover

    MWC sərgisi bu il bir sıra məhdudiyyətlərlə keçiriləcək

    Cihazlar+
    19.02.2021
    Farid Pardashunas
        Davam edən koronavirus pandemiyası səbəbilə bu il Barselonada MWC (Mobile World Congress) sərgsinin keçirilib-keçirilməyəcəyi biliinmirdi. Lakin təşkilatçıların sözlərinə əsasən sərgi ləğv edilməyib. Buna baxmayaraq səgidə bir sıra məhdudiyyətlər olacaq. Keçən ilə kimi MWC hər il fevral ayının sonunda keçirilirdi. Lakin bu il ənənə dəyişəcək. Bir çoxları əmin idilər ki, sərginin təşkilatçısı olan GSM Association şirkəti CES 2021 sərgisi kimi MWC 2021-i online formatda keçirdəcək. Təşkilatçılar bildiriblər ki, onlar qonaqları iyun ayının sonunda gözləyirlər.
        Lakin sərgidə iştirak məsələsində bir sıra məhdudiyyətlər olacaq. Belə ki, sərgidə iştirak edə biləcək insanların sayı 100.000-dən 50.000-ə endirilib. Bunda əlavə olaraq hər bir şəxs sərgiyə gəlməmişdən 72 saat öncə COVID-19 testi verməli olacaq. Digər tələblər arasında qonaqların daimi şəkildə qoruyucu maskalardan istifadə etmələri, insan sıxlıqlarına nəzarət, stendlərin və məhsulların nümunələrinin daimi dezinfeksiyaı, kontaktsız məlumat və qeydiyyat yerlərinin yaradılması var. Yeni qaydalar ilə xüsusi saytdan tanış olmaq olar. Əgər heç bir problem çıxmasa və dəyişikliklər olmasa MWC 2021 sərgisi 28 iyundan 1 iyula kimi keçiriləcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər