NASA astronavtların kosmosa smartfon aparmasına icazə verdi
Technote.az "TechCrunch” platformasına istinadən bildirir ki, NASA ilk dəfə olaraq astronavtlara kosmik missiyalar zamanı şəxsi smartfonlarını özləri ilə aparmağa icazə verib. Bu qərar Crew-12 və xüsusilə böyük maraq doğuran Artemis II missiyalarından etibarən qüvvəyə minəcək.
Crew-12 missiyasının yaxın günlərdə astronavtları Beynəlxalq Kosmik Stansiya-ya aparması gözlənilir. Ay ətrafında insanlı uçuşu nəzərdə tutan Artemis II isə gecikmələr səbəbilə mart ayına təxirə salınıb və bu missiya 1960-cı illərdən sonra Ay ətrafında ilk insanlı uçuş olacaq.
NASA administratoru Jared Isaacman bu qərarı belə şərh edib: astronavtlara ailələri üçün xüsusi anları çəkmək və bütün dünya ilə ilhamverici foto və videolar paylaşmaq imkanı yaradılır. Onun sözlərinə görə, müasir iPhone və Android telefonlarının istifadəsi görüntülərin daha spontan və yaradıcı şəkildə çəkilməsinə şərait yaradacaq.
Paylaş