NASA astronavtları iPhone ilə kosmosa uçacaq
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, NASA tarixində ilk dəfə olaraq astronavtların şəxsi smartfonları, o cümlədən Apple iPhone modellərini kosmosa aparmasına rəsmi icazə verib. Bu qərar artıq yaxın kosmik missiyalarda tətbiq olunacaq.
NASA administratoru Jared Isaacman sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, astronavtlara bu imkanın verilməsinin əsas məqsədi onların ailələri üçün xüsusi anları qeydə almalarına və Yer kürəsi ilə daha canlı vizual materiallar paylaşmalarına şərait yaratmaqdır. Onun sözlərinə görə, bu addım kosmos missiyalarının daha insani və ilhamverici tərəfini ön plana çıxaracaq. İcazə verilən ilk missiyalardan biri SpaceX Crew-12 olacaq. Bu missiya çərçivəsində dörd astronavt International Space Station-a göndəriləcək və uçuşun 11 fevral 2026-dan sonra baş tutması planlaşdırılır.
Daha böyük maraq doğuran layihə isə Artemis II missiyasıdır. Bu missiya zamanı astronavtlar Orion kosmik gəmisi ilə Ay ətrafında orbitə çıxacaq. Artemis II uçuşunun ən erkən tarixinin 6 mart 2026 olduğu bildirilir və bu, 1960-cı illərdən sonra insanların Ay ətrafına ilk səfəri olacaq.
Paylaş