Logo
    main-post-cover

    NATO iPhone və iPad-i "məxfi səviyyədə" istifadəyə təsdiqlədi

    Cihazlar+
    27.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, NATO artıq Apple-ın iPhone və iPad cihazlarını “NATO-restricted” səviyyəsində istifadəyə uyğun hesab edir. Bu qərar Almaniyanın Federal İnformasiya Təhlükəsizliyi İdarəsinin (BSI) tərəfindən aparılan genişmiqyaslı texniki yoxlamalardan sonra verilib.
        BSI hələ 2022-ci ildə iPhone və iPad-ləri Almaniya dövlət qurumlarında istifadə üçün təsdiqləmişdi. Lakin NATO səviyyəsində təsdiq almaq üçün əlavə və daha dərin təhlükəsizlik analizləri, geniş test mərhələləri və platforma üzrə kompleks audit aparılıb. Apple-ın açıqlamasına görə, cihazlar heç bir xüsusi proqram təminatı və ya əlavə təhlükəsizlik konfiqurasiyası olmadan bu sertifikasiyanı əldə edib. Təsdiq yalnız iOS 26 və iPadOS 26 əməliyyat sistemləri ilə işləyən cihazlara şamil olunur. Bu isə o deməkdir ki, sertifikasiya proqram təminatının son versiyası üzərindən qiymətləndirilib.
        BSI prezidenti Klaudiya Plattner bildirib ki, rəqəmsal transformasiya yalnız informasiya təhlükəsizliyi məhsulun hazırlanma mərhələsindən nəzərə alındıqda uğurlu ola bilər. Onun sözlərinə görə, iOS və iPadOS platformaları üzrə aparılan ciddi audit NATO ölkələrinin təhlükəsizlik tələblərinə uyğunluğun təsdiqlənməsi ilə nəticələnib. Apple vurğulayır ki, bu sertifikasiyanı alan ilk kütləvi istehlakçı cihazları məhz iPhone və iPad olub. Bu qərar əsasən dövlət və hərbi strukturlar üçün əhəmiyyət daşısa da, şirkətin təhlükəsizliklə bağlı marketinq iddialarını da gücləndirir.
    Paylaş