main-post-cover

    Nazik gövdəli Galaxy Fold Special Edition-un vacib özəlliklərindən biri açıqlanıb

    Cihazlar+
    02.09.2024
    Emil Nəcəfov
         Samsung Galaxy Z Fold 6-nın daha öncə Galaxy Fold Slim Galaxy Fold Ultra kimi bilinən, lakin daha sonra Galaxy Fold Special Edition kimi adlanacağı məlum olan daha nazik gövdəli versiyası barəsində yeni məlumatlar verilib. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin vermiş olduğu məlumata əsasən nazik gövdəli Galaxy Fold Special Edition smartfonu S Pen stilusunun dəstəyinə sahib olacaq.
         Qeyd etmək lazımdır ki, daha öncəki məlumat sızıntılarında sözügedən smartfonun S Pen stilusunun dəstəyini əldə etməyəcəyi qeyd edilirdi. Lakin digər tərəfdən smartfonda S Pen stilusunun dəstəyinin olacağı onun gövdəsi daxilində stilusun yerləşməsi üçün nəzərdə tutulmuş xüsusi yerin də olacağı demək deyil. Məsələ burasındadır ki, smartfonun nazik gövdəyə sahib və üstəlik qatlana bilən olacağı üçün onun gövdəsində S Pen stilus yerini reallaşdırmaq çətin olardı. Bəzi məlumatlara əsasən Galaxy Fold Special Edition modelinin qatlanmış vəziyyətdə qalınlığı 10.6 mm, tam açıq vəziyyətdə qalınlığı isə 4.9 mm təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Galaxy Z Fold Special Edition-un gövdə qalınlığı və əsas arxa kamera göstəricisi açıqlanıb
    galaxy-z-fold-special-edition-un-govde-qalinligi-ve-esas-arxa-kamera-gostericisi-aciqlanib
    Samsung Galaxy S25 Ultra-nın gövdə qalınlığı və əsas arxa kamerası barəsində məlumat verilib
    samsung-galaxy-s25-ultra-nin-govde-qalinligi-ve-esas-arxa-kamerasi-baresinde-melumat-verilib
    Samsung Galaxy Z Fold 6-nın daha nazik gövdəli versiyası fərqli ad ilə satışa çıxa bilər
    samsung-galaxy-z-fold-6-nin-daha-nazik-govdeli-versiyasi-ferqli-ad-ile-satisa-cixa-biler
    Təqdimata hazırlaşan büdcəli Samsung Galaxy F05-in render fotoları təqdim edilib
    teqdimata-hazirlasan-budceli-samsung-galaxy-f05-in-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy S25 Ultra-nın ön panelini əks etdirən yeni render fotolar təqdim edilib
    samsung-galaxy-s25-ultra-nin-on-panelini-eks-etdiren-yeni-render-fotolar-teqdim-edilib