Logo
    main-post-cover

    Nazik gövdəli Moto Edge 70-in xarici görünüşü sərgilənib

    Cihazlar+
    24.09.2025
    Emil
         Görünür, Motorola şirkəti də nazik gövdəli smartfonlar yarışına daxil olmağı qərara alıb. Bu yolda o, Samsung Galaxy S25 EdgeiPhone Air ilə rəqabət aparmaq niyyətindədir. Rəqabəti isə görünür, şirkət Moto Edge 70 smartfonu ilə aparacaq. Evan Blass adlı məşhur insayder Moto Edge 70-in tizer fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, Motorola-nın bu yeni smartfonu olduqca nazik gövdəyə sahib olacaq. Gövdə qalınlığının 7 mm-dən nazik olacağı gözlənilir. Daha öncəki Moto Edge smartfonlarında ekranın kənar hissələri əyilmiş dizaynda idi. Lakin Motorola Edge 70-də bu ideyadan imtina edərək yastı ekran dizaynına keçid edəcək. Bununla yanaşı smartfonun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək və kamera sahəsinin daxilində 3 ədəd kamera mövcud olacaq. Moto Edge 70-in gələn ay təqdim olunacağı güman edilir.
    Paylaş