
Nazik gövdəli Motorola Edge 70-in keyfiyyətli render fotoları təqdim edilib
Motorola şirkəti nazik gövdəli Motorola Edge 70 smartfonunun təqdimatına hazırlaşır. İndi isə insayderlər sözügedən smartfonun keyfiyyətli render fotolarını təqdim ediblər. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Motorola Edge 70 smartfonu özündə yastı gövdə dizaynını birləşdirəcək və onun arxa panelində kvadrat formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə 3 ədəd kamera mövcud olacaq. Bununla yanaşı smartfon öz nazik gövdəsi ilə diqqəti cəlb edir.


Paylaş