Logo
    main-post-cover

    Nazik gövdəli Red Magic 10 Air gaming smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    16.04.2025
    Emil
         Red Magic brendi Çində yeni gaming smartfonunu təqdim edib. Söhbət, Red Magic 10 Air-dən gedir. Bu yeni gaming smartfon flaqman imkanları ilə yanaşı nazik gövdəsi ilə də seçilir. Bu yeni nazik gövdəli smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Red Magic 10 Air smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2480x1116 piksel keyfiyyətli 6.8 düym ölçülü OLED ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir. Barmaq izi skanı texnologyası da birbaşa ekrana inteqrasiya edilib. Üstəlik qeyd etmək lazımdır ki, ekran üzərində ön kamera üçün heç bir çıxıntı hissə yoxdur. Belə ki, ön kamera ekranın alt hissəsinə inteqrasiya edilib. Smartfonun gövdə qalınlığı isə 7.85 mm təşkil edir. Red Magic 10 Air smartfonu Snapdragon 8 Elite prosessoru vasitəsilə və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon özündə 50 MP + 50 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Red Magic 10 Air artıq Çində satışa çıxıb və onun qiyməti 489$-dan start götürür. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş