Logo
    main-post-cover

    Netflix digər striminq platformalarını öz tətbiqinə gətirə bilər

    Cihazlar+
    24.08.2026
        Netflix öz tətbiqini yalnız öz film və seriallarının yayımlandığı platforma olmaqdan çıxarıb, digər striminq xidmətlərini də bir araya gətirən mərkəzə çevirməyi nəzərdən keçirir. “The New York Times”ın məlumatına görə, Netflix rəhbərliyi son müzakirələr zamanı Peacock və Fox One kimi üçüncü tərəf yayım xidmətlərinin Netflix tətbiqi daxilində təqdim olunması imkanını müzakirə edib. Lakin bunun hansı formada həyata keçiriləcəyi hələ məlum deyil. Netflix digər platformalara abunəliyi birbaşa öz tətbiqi üzərindən sata və ya həmin xidmətlərin məzmunlarını Netflix daxilində izləməyə imkan verə bilər.
    Is It Illegal to Stream on Netflix with a VPN? - Legal Reader
        Belə bir addım Netflix üçün strategiya baxımından ciddi dəyişiklik olardı. Amazon Prime Video və Roku artıq uzun müddətdir istifadəçilərə digər yayım xidmətlərinə öz platformaları üzərindən abunə olmaq imkanı verir. Netflix isə indiyədək əsasən başqa xidmətlərlə paket şəklində əməkdaşlıq etsə də, rəqib platformaları birbaşa öz tətbiqinə inteqrasiya etməyib. Məlumata görə, hazırda Peacock və ya Fox One ilə bağlı yaxın zamanda elan ediləcək konkret razılaşma yoxdur. Buna baxmayaraq, Netflix artıq oxşar modeli sınaqdan keçirməyə başlayıb.
        Şirkət iyun ayında Fransada yerli televiziya şirkəti TF1-in canlı kanallarını və striminq məzmunlarını Netflix tətbiqinə inteqrasiya edib. Netflix-in həmsədri Greg Peters iyul ayında keçirilən maliyyə nəticələri toplantısında bu əməkdaşlığın ilkin nəticələrinin “ümidverici” olduğunu bildirib. Onun sözlərinə görə, həm Netflix istifadəçiləri, həm tərəfdaşlar, həm də şirkətin özü üçün faydalı olan oxşar razılaşmalar gələcəkdə də nəzərdən keçirilə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...