Logo
    main-post-cover

    Netflix TikTok stilinə keçir

    Cihazlar+
    17.04.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Netflix mobil tətbiqini yenidən dizayn edərək istifadəçilərə daha fərqli təcrübə təqdim etməyə hazırlaşır. Şirkət 2026-cı ilin birinci rüb hesabatında açıqlayıb ki, yenilənmiş mobil tətbiq aprelin sonuna doğru istifadəyə veriləcək. Yeni dizaynın əsas yeniliyi isə son illərdə sosial mediada geniş yayılmış vertikal video lentinin tətbiqə inteqrasiyasıdır. Bu lent vasitəsilə istifadəçilər serial və filmlərdən qısa videoları “scroll” edərək izləyə biləcək və maraqlandıqları kontenti bir kliklə tam şəkildə açaraq baxa biləcəklər.
    netflix displaying vertical video on phone
        Netflix bu addımı ilə TV və mobil cihazlar arasındakı sərhədlərin getdikcə aradan qalxdığını vurğulayır. Şirkətin məlumatına görə, xüsusilə video podkastlar və qısa formatlı məzmunlar mobil cihazlarda daha çox istifadə olunur. Bu səbəbdən platforma istifadəçi davranışlarına uyğunlaşaraq mobil təcrübəni daha interaktiv etməyə çalışır.
        Qeyd edək ki, bu dəyişiklik Netflix-in ötən il TV tətbiqində etdiyi böyük yeniləmədən sonra atdığı növbəti addımdır. Həmin vaxt şirkət artıq vertikal video formatını test etdiyini və gələcəkdə geniş tətbiq edəcəyini bildirmişdi.
    Paylaş