Logo
    main-post-cover

    Nintendo 2026-cı ilin ilk Direct tədbirini fevralın 5-də keçirəcək

    Cihazlar+
    04.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Nintendo 2026-cı ilin ilk rəsmi təqdimatını keçirməyə hazırlaşır. Şirkət fevralın 5-də, ABŞ vaxtı ilə saat 09:00-da (ET) növbəti Nintendo Direct tədbirini yayımlayacaq. Təxminən 30 dəqiqə davam edəcək təqdimat YouTube üzərindən canlı yayımlanacaq.
        Əvvəlki məlumatlarda qeyd olunduğu kimi, bu dəfəki Nintendo Direct əsasən üçüncü tərəf studiyaların oyunlarına fokuslanacaq. Yəni Nintendo-nun öz istehsalı olan Mario və ya Zelda kimi layihələrlə bağlı yeni elanların bu tədbirdə təqdim olunması gözlənilmir. Buna baxmayaraq, həm mövcud Nintendo Switch, həm də yeni nəsil Switch 2 üçün hazırlanmış oyunlar haqqında yeni məlumatlar paylaşılacaq.
        Tədbirdə bu il Switch 2 üçün eksklüziv olaraq çıxması planlaşdırılan FromSoftware studiyasının The Duskbloods oyununun yenidən nümayiş olunacağı ehtimal edilir. Bundan əlavə, Elden Ring oyununun Switch 2 versiyası da təqdimatda yer ala bilər.
    Paylaş