Logo
    main-post-cover

    Nintendo növbəti Direct təqdimatını 9 iyunda keçirəcək

    Cihazlar+
    08.06.2026
    Sevinj
        Nintendo növbəti Direct təqdimatının 9 iyun tarixində baş tutacağını elan edib. Təxminən 50 dəqiqə davam edəcək təqdimatdan sonra isə 95 dəqiqəlik Nintendo Treehouse: Live yayımı keçiriləcək.
        Şirkət hələlik təqdimatda hansı oyunların nümayiş olunacağını açıqlamayıb. Bununla belə, tədbirin Nintendo üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunur. Hazırda Switch 2 üçün yaxın aylarda çıxacaq bir neçə böyük oyun məlumdur: Star Fox iyunun 25-də, Rhythm Heaven Groove iyulun 2-də, Splatoon Raiders isə iyulun 23-də satışa çıxacaq.
        Bundan sonrakı dövr üçün isə Nintendo-nun oyun təqvimi kifayət qədər boş görünür. Fire Emblem: Fortune’s Weave 2026-cı il üçün planlaşdırılsa da, oyunun dəqiq çıxış tarixi açıqlanmayıb. Növbəti Pokemon oyununun da gələn il təqdim olunacağı gözlənilir.
        Yeni Direct təqdimatı həm də Nintendo-nun Switch 2 konsolunun qiymətlərini artırmasından sonra keçirilir. Buna görə şirkətin bayram mövsümü üçün güclü oyun xətti təqdim etməsi vacib hesab olunur. Yeni The Legend of Zelda və ya Super Mario oyununun elan ediləcəyi, yaxud tamamilə gözlənilməz sürprizlərin nümayiş olunacağı hələlik məlum deyil.
        Nintendo bu suallara cavabı sabahkı təqdimatda verməyə hazırlaşır.
    Paylaş