Logo
    main-post-cover

    Nintendo-nun yeni portativ oyun konsolu artıq yaxın zamanda təqdim oluna bilər

    Cihazlar+
    09.12.2024
    Emil
         Gamerlər səbrsizliklə Nintendo-nun yeni portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) təqdimatını gözləyirlər. Hələ bir neçə müddət bundan öncə insayderlər bildirmişdilər ki, Nintendo Switch 2-nin təqdimatını bu ilin sonuna kimi gözləmək lazım deyil. Şirkətin son hesabatında isə qeyd edilmişdi ki, yeni portativ oyun konsolu gələn ilin birinci rübünün sonuna kimi təqdim olunacaq. Yəni 31 mart tarixinə kimi.
         İndi isə Nate the Hate ləqəbli məşhur insayder öz podkastı çərçivəsində Nintendo Switch 2-nin mümkün təqdimat müddətini açıqlayıb. İnsayder bildirib ki, onun etibarlı mənbələrdən əldə etmiş olduğu məlumata əsasən Nintendo-nun yeni portativ oyun konsolu artıq yanvar ayında təqdim olunacaq. Bununla yanaşı insayder bildirib ki, Nintendo gələn ilin may ayında hansısa xüsusi tədbiri keçirəcək və yeni portativ oyun konsolu həmin ay və ya iyun ayında satışa çıxacaq. Bu məlumatın nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Odur ki, Nintendo-dan bu barədə rəsmi xəbəri gözləməkdə fayda var.
    Paylaş