
Nintendo-nun yeni portativ oyun konsolu bu il satışa çıxmaya bilər
Cihazlar+
19.02.2024
Emil
Nintendo şirkətinin növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində daha öncə çıxmış məlumat sızıntılarında qeyd olunmuşdu ki, o artıq bu il satışa çıxmalıdır. Nintendo Switch 2-nin Yeni il bayramına az müddət qalmış satışa çıxacağı gözlənilirdi. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət öz yeni portativ oyun konsolunun satışlarını təxirə salıb. Onların sözlərinə əsasən Nintendo Switch 2 bu il deyil, gələn ilin birinci rübündə satışa çıxacaq. Qeyd etmək lazımdır ki, şirkət öz yeni portativ oyun konsolunu hələ anons və təqdim etməyib. Təqdimatın bu il ərzində baş tutacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
