Logo
    main-post-cover

    Nintendo-nun yeni portativ oyun konsolunun təqdimatını bu ilin sonuna kimi gözləmək lazım deyil

    Cihazlar+
    06.11.2024
    Emil
         Gamerlər artıq uzun müddətdir ki, Nintendo-nun yeni portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) təqdimatını gözləyirlər. Daha öncə təqdimatın bu ilin sonuna kimi baş tutacağı güman olunurdu. Hətta bunun oktyabr ayında baş tutacağı gözlənilirdi. Lakin nəticədə oktyabr ayında Nintendo tərəfindən heç bir təqdimat olmadı. Nintendo növbəti maliyyə hesabatını təqdim edərək təsdiqləyib ki, yeni oyun konsolu cari maliyyə ilinin sonuna kimi təqdim olunacaq. Şirkətin cari maliyyə ili isə 31 mart 2025-ci il tarixində yekunlaşacaq.
         Ümid etmək olardı ki, şirkətin yeni portativ oyun konsolu bu ay və ya dekabrda təqdim olunacaq. Lakin insayderlərin vermiş olduqları məlumata əsasən bu ilin sonuna kimi Nintendo-nun yeni portativ oyun konsolunu gözləmək lazım deyil. İnsayderlərin sözlərinə əsasən Nintendo düşünür ki, indi yeni portativ oyun konsolunun təqdimatı üçün ideal vaxt deyil. Həmçinin qabaqdan Yeni il bayramı gəlir və bu bayram oyunların ən çox satıldıqları vaxtlardan biridir. Buna görə də şirkət alıcıların diqqətlərini yeni oyun konsolu vasitəsilə yayındırmaq istəmir. Beləliklə Nintendo-nun yeni portativ oyun konsolunun təqdimatını gələn ilin əvvəlinə gözləmək olar.
    Paylaş