Logo
    main-post-cover

    Nintendo orijinal Switch-in Avropadakı satışını dayandırır

    Cihazlar+
    07.07.2026
    Sevinj
        Nintendo Avropada orijinal Switch konsollarının satışını dayandıracağını açıqlayıb. Şirkətin yenilənmiş məlumatına əsasən, 2027-ci ilin fevral ayının ortalarından etibarən Nintendo Switch ailəsinə daxil olan bütün modellərin Avropa bazarında satışı dayandırılacaq. Qərar həm pərakəndə mağazaları, həm də Nintendo-nun rəsmi onlayn mağazasını əhatə edir. Beləliklə, 2017-ci ilin martında təqdim edilən və təxminən 10 il bazarda qalan orijinal Switch konsolları Avropada rəsmi olaraq satışdan çıxarılmış olacaq.
    Nintendo Switch | Hardware | Nintendo UK
        Bu addımın əsas səbəbi isə Avropa Birliyinin yeni qaydalarıdır. 18 fevral 2027-ci ildən qüvvəyə minəcək tələblərə əsasən, elektron cihazlarda istifadəçilər tərəfindən dəyişdirilə bilən batareyaların olması vacib hesab edilir. Buna görə Nintendo bu ilin yayından etibarən bəzi məhsullarının yenilənmiş versiyalarını mərhələli şəkildə satışa çıxarmağa başlayacaq. Yenilənən cihazlar arasında Nintendo Switch 2, Joy-Con və Joy-Con 2 kontrollerləri, Switch 2 Pro Controller, həmçinin Nintendo 64 və GameCube üçün nəzərdə tutulan xüsusi kontrollerlər də yer alacaq. Şirkət bildirir ki, yeni modellərin funksionallığında heç bir dəyişiklik olmayacaq və əsas fərq yalnız dəyişdirilə bilən batareyaların əlavə edilməsidir.
        Hazırda orijinal Nintendo Switch-in digər regionlardakı gələcəyi ilə bağlı rəsmi məlumat yoxdur. Buna baxmayaraq, 10 yaşına yaxınlaşan konsol hələ də yeni oyun dəstəyi almağa davam edir və yaxın dövrdə bir neçə yeni birinci tərəf oyunlarının təqdim olunması gözlənilir.
    Paylaş