Nintendo platforma oyunlarını yenidən dəyişir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Nintendo platforma oyunları janrında yenilik etməyə davam edir. Şirkətin yeni təqdim etdiyi Yoshi and the Mysterious Book oyunu klassik platforma oyunlarından fərqli yanaşma ilə diqqət çəkir. Oyunda əsas məqsəd səviyyələri keçmək, çətin maneələri aşmaq və ya düşmənləri məğlub etmək deyil, ətraf aləmi araşdırmaq və yeni canlılar haqqında məlumat toplamaqdır.
Oyunun hadisələri danışa bilən “Mr. E” adlı sehrli kitabın daxilində baş verir. Yaddaş problemi yaşayan bu kitab səhifələrində yaşayan canlıları xatırlamır və Yoshi onların dünyasını araşdıraraq məlumat toplamağa çalışır. Ənənəvi Mario oyunlarından fərqli olaraq burada oyunçular səviyyələri bitirmək əvəzinə müxtəlif yaşayış mühitlərini kəşf edir və yeni canlılar tapırlar.
Gameplay baxımından oyun klassik Yoshi mexanikalarını qoruyub saxlayır. Yoshi tullanmaq, havada qalmaq, düşmənləri udaraq yumurtaya çevirmək və onları atmaq kimi bacarıqlardan istifadə edə bilir. Bu dəfə həmin imkanlar düşmən məğlub etməkdən daha çox araşdırma və eksperiment aparmaq üçün nəzərdə tutulub. Məsələn, bəzi canlıları yemək, onların üzərinə tullanmaq və ya onları daşımaq yeni məlumatların açılmasına səbəb olur. Yoshi and the Mysterious Book oyunu 21 may tarixində Nintendo Switch 2 platforması üçün satışa çıxacaq.
Paylaş