Nintendo Switch 2 haqqında yeni məlumatlar ortaya çıxıb
Cihazlar+
11.01.2024
Emil Nəcəfov
Artıq bu il ərzində Nintendo şirkətinin Switch 2 portativ oyun konsolunu təqdim edəcəyi gözlənilir. Tayvanın Economic Daily adlı nəşriyyatı öz növbəsində Nintendo Switch 2-nin texniki göstəriciləri barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən Nintendo Switch 2 portativ oyun konsolu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edəcək və özündə 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini birləşdirəcək. Bununla yanaşı konsolun NVIDIA T239 prosessoru vasitəsilə çalışacağı və GeForce RTX 2050 səviyyəsində qrafik imkanlara sahib olacağı güman edilir. Məlumatda qeyd edilib ki, hal-hazırda aktual olan Nintendo Switch ilə müqayisədə Nintendo Switch 2-nin start qiyməti 100$ daha baha olacaq. Söhbət, 400$ satış qiymətindən gedir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!