
Nintendo Switch 2 konsolu NVIDIA DLSS-in analoqunu əldə edəcək
Cihazlar+
06.01.2025
Emil
Nintendo bu ilin birinci yarısında növbəti portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) təqdim etməlidir. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Nintendo Switch 2 konsolu NVIDIA-nın DLSS texnologiyasına bənzər texnologiyanın dəstəyini əldə edəcək. İndi isə internetdə bunu sübut edən patent ortaya çıxıb. Qeyd etmək lazımdır ki, DLSS texnologiyası süni zəka və machine learning-ə əsaslanır.
O, oyunlarda süni zəka və machine learning vasitəsilə fps göstəricisini qrafik keyfiyyəti aşağı salmadan yüksəldir. Nintendo-nun internetdə ortaya çıxmış patent sənədində əks olunmuş məlumata əsasən şirkətin DLSS analoqu növbəti portativ oyun konsolunun aparat təminatı tərəfinə yüklənmə yaşatmadan qrafika keyfiyyətini yüksəltməklə yanaşı həmçinin konsolun yaddaşına yazılacaq oyunun quraşdırılma faylının həcmini də aşağı salacaq. Nintendo şirkəti öz növbəsində oyunları kartriclər vasitəsilə satmaq üsulundan imtina etməyəcəyi üçün şirkət bu texnologiya sayəsində hətta ən irimiqyaslı oyunları belə kartriclərə yerləşdirə biləcək.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
