
Nintendo Switch 2 konsolu SD Express standartının dəstəyini əldə edəcək
Cihazlar+
09.01.2025
Emil
Nintendo-nun bu ilin birinci yarısında təqdim edəcəyi gözlənilən növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Nintendo Switch 2-nin vacib özəlliklərindən biri məlum olub. Belə ki, məlum olub ki, Nintendo-nun növbəti portativ oyun konsolu SD kart dəstəyinə sahib olacaq. Məsələ burasındadır ki, GameStop mağazalar şəbəkəsinin əməkdaşlarından biri mağazanın məhsulları ilə bağlı məlumatlar bazasının fotosunu çəkib və onu Reddit-də bölüşüb. Fotoda əks olunmuş məlumata əsasən Nintendo Switch 2 üçün 256/512 GB həcmli Micro SD Express kartlar satışa çıxacaq. Qeyd etmək lazımdır ki, SD Express öz növbəsində SD yaddaş kartlarının yeni standartıdır və o, məlumatların yüksək sürətlə ötürülməsi imkanı ilə seçilir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
