main-post-cover

    Nintendo Switch 2-nin əldə edəcəyi ekranın ölçüsü və növü açıqlanıb

    Cihazlar+
    26.01.2024
    Emil Nəcəfov
         Nintendo şirkətinin növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində artıq uzun müddətdir ki, internetdə müxtəlif məlumatlar gəzir. Son zamanlarda Steam Deck, ASUS ROG Ally, MSI Claw kimi cihazların təqdim edilməsi portativ oyun konsolları bazarını olduqca aktivləşdirib. İndi isə insayderlər Nintendo Switch 2 barəsində növbəti yeni məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən Nintendo Switch 2 konsolu 8 düym ölçülü maye kristallik ekranla təchiz olunacaq. Gözləntilərə əsasən Nintendo Switch 2-nin sahib olacağı ekran hal-hazırda aktual olan Nintendo Switch modellərində 6.2 7 düym ekranlarla müqayisədə nəzərə çarpan yenilik olacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, Nintendo Switch 2 əyləncə xarakterli cihazlarda istifadə olunan ekranların iki dəfə daha çox istehsal edilməsinin səbəbkarı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nintendo Switch 2 haqqında yeni məlumatlar ortaya çıxıb
    nintendo-switch-2-haqqinda-yeni-melumatlar-ortaya-cixib