Logo
    main-post-cover

    Nintendo Switch 2-nin əsas texniki göstəriciləri təqdim edilib

    Cihazlar+
    13.05.2024
         Bir neçə müddət bundan öncə Nintendo şirkəti ilk dəfə rəsmi olaraq təsdiqlədi ki, o öz yeni oyun konsolu üzərində çalışır. Şirkət həmçinin qeyd etdi ki, yeni oyun konsolu cari maliyyə ilinin sonuna kimi təqdim olunacaq. Nintendo-nun cari maliyyə ili isə 31 mart 2025-ci il tarixində yekunlaşacaq. Yəni şirkət həmin tarixə kimi öz yeni oyun konsolunu təqdim etməlidir. Şirkətin yeni oyun konsolunun Nintendo Switch 2 adlanacağı güman edilir. Bəli, söhbət portativ oyun konsolundan gedir. İndi isə internetdə Nintendo-nun yeni portativ oyun konsolu barəsində ətraflı məlumatlar ortaya çıxıb. Ortaya çıxmış məlumatları təsdiqləmək və ya təkzib etmək mümkün deyil.
         Lakin məlumata əsasən Nintendo Switch 2 portativ rejimdə istifadə halında standart PlayStation 4 səviyyəsində performans, onun komplektə daxil olacaq xüsusi stansiyaya qoşulması halında isə PlayStation 4 ProXbox Series S səviyyəsində performans sərgiləyəcək. Məlumatda qeyd edilib ki, Nintendo Switch 2 konsolu LPDDR5X standartlı 12 GB RAM-a və UFS 3.1 standartlı 256 GB daxili yaddaş həcminə sahib olacaq. Məlumata əsasən yeni portativ oyun konsolunda mərkəzi prosessor qismində ARM A78C, qrafik prosessor qismində isə NVIDIA-nın Ampere arxitekturası əsasında hazırlanmış və özündə 1536 CUDA nüvəsi ilə 48 tenzor nüvəsini birləşdirən çip çıxış edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nintendo Switch 2-nin əsas texniki göstəriciləri təqdim edilib | Technote