Nintendo Switch 2-nin hansı marka qrafik prosessoru əldə edəcəyi məlum olub
Cihazlar+
14.02.2024
Emil
Nintendo-nun yeni portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində son zamanlar daha çox məlumat ortaya çıxır. Reuters saytı öz mənbələrinə istinadən xəbər verib ki, Nintendo Switch 2 NVIDIA-nın kastom qrafik prosessorunu əldə edəcək. Söhbətin konkret olaraq hansı qrafik prosessordan getdiyi bilinmir. Lakin yeni portativ oyun konsolunun hal-hazırda aktual olan Nintendo Switch-dəki Tegra X1 qrafik prosessorunu əldə etməyəcəyi dəqiqdir. Nintendo Switch 2 unikal dizayna sahib qrafik prosessoru əldə etməlidir. Belə ki, yeni portativ oyun konsolunun üstəlik Nintendo Switch oyunlarını işə sala biləcəyi gözlənilir. Son məlumatlara əsasən Nintendo Switch 2-nin anonsu artıq gələn ay baş tutacaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Nintendo Switch 2 yaxın müddətdə anons oluna bilər
Nintendo-nun bu il öz yeni portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) təqdim edəcəyi gözlənilir.
Cihazlar+
Nintendo Yaponiyada ən çətin rekordlardan birini qırıb!
Çıxdığı zaman əsas konsollara qarşı çox şansı olmayan Nintendo Switch, bu gün 132 milyon ədəd sataraq həm köhnə, həm də yeni nəsil rəqiblərini toz içində buraxmağa davam edir
Cihazlar+
Nintendo Switch 2-nin əldə edəcəyi ekranın ölçüsü və növü açıqlanıb
Nintendo şirkətinin növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində artıq uzun müddətdir ki, internetdə müxtəlif məlumatlar gəzir.
Cihazlar+
Nintendo Switch 2 haqqında yeni məlumatlar ortaya çıxıb
Artıq bu il ərzində Nintendo şirkətinin Switch 2 portativ oyun konsolunu təqdim edəcəyi gözlənilir.
Ən çox oxunanlar