Logo
    main-post-cover

    Nintendo Switch 2-nin hansı zaman aralığında satışa çıxacağı məlum olub

    Cihazlar+
    25.11.2024
    Emil
         Gamerlər səbrsizliklə Nintendo-nun yeni portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) təqdimatını və satışa çıxma müddətini gözləyirlər. Şirkət hələ bir neçə müddət bundan öncə maliyyə hesabatı çərçivəsində qeyd etmişdi ki, şirkətin yeni portativ oyun konsolu 2025-ci ilin birinci rübünün sonuna kimi təqdim olunacaq. Yəni gələn ilin 31 mart tarixinə kimi. Lakin görünür şirkət Nintendo Switch 2-nin satışına da həmin zaman aralığında start verəcək. Stephen Georg adlı blogerin X-də (keçmiş Twitter) vermiş olduğu məlumata əsasən o, satışa çıxmağa hazırlaşan oyunlardan birinin tərtibatçılarından elektron məktub əldə edib.
         Əldə edilmiş məktubda qeyd edilib ki, oyun 2025-ci ilin birinci rübündə PC, PS5, Xbox One, Xbox Series Nintendo Switches üçün satışa çıxacaq. Burda maraqlı məqam ondadır ki, Nintendo-nun konsolu təkdə deyil, cəmdə qeyd edilib. Yəni oyun həm Nintendo Switch həm də onun davamçısı olacaq konsol üçün satışa çıxacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə insayderlər məlumat vermişdilər bu ilin sonuna kimi Nintendo-nun yeni portativ oyun konsolunun təqdimatını gözləmək lazım deyil. Çox güman ki, təqdimat gələn ilin əvvəlində baş tutacaq.
    Paylaş