
Nintendo Switch 2-nin performansı PlayStation 4 Pro-nun performansına bərabər ola bilər
Cihazlar+
06.03.2024
Emil
Moree's Law is Dead ləqəbli nüfuzlu texnoblogger Nintendo-nun növbəti portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) real performansı barəsində məlumat verib. Bloggerin sözlərinə əsasən Nintendo Switch 2-nin öz komplektindəki xüsusi stansiya qurğusuna qoşulu olduğu halda onun performansı PlayStation 4 Pro-nun performansı ilə eyni səviyyədə olacaq. Blogger bildirib ki, Nintendo-nun yeni portativ oyun konsolu Samsung-un 8 nanometrlik texnoloji prosesi əsasında hazırlanmış prosessoru, NVIDIA Ampere kastom çipini və 12 GB-lıq RAM-ı əldə edəcək. Bunun sayəsində Nintendo Switch 2 performansının PlayStation 4 Pro-nun performansı səviyyəsində olacağı gözlənilir. Qeyd etmək lazımdır ki, Nintendo Switch 2-nin bu il ərzində təqdim olunacağı və gələn ilin əvvəlində satışa çıxacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
