Nintendo Switch 2-nin render fotoları təqdim edilib
Cihazlar+
18.12.2024
Emil
Nintendo-nun öz növbəti portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) 2025-ci ilin birinci yarısında təqdim edəcəyi gözlənilir. Dbrand adlı aksesuar istehsalçısı öz növbəsində Nintendo-nun növbəti portativ oyun konsolunun render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolara əsasən yeni oyun konsolu xarici görünüşcə ümumilikdə birinci nəsil Nintendo Switch-ə bənzəyəcək.
Dbrand şirkətinin CEO-su qeyd edib ki, onun şirkətinin əməkdaşları Nintendo Switch 2-nin ölçülərini artıq bilirlər. Məlumatda qeyd edilib ki, Nintendo Switch 2-nin uzunluğu 270 mm, eni 116 mm, hündürlüyü isə 14 mm təşkil edəcək. Bu isə öz növbəsində Nintendo Switch 2-ni birinci nəsil Nintendo Switch-in OLED ekranlı versiyasından daha böyük edir. Belə ki, Nintendo Switch-in OLED ekranlı versiyasının uzunluğu 242 mm, eni 102 mm, hündürlüyü isə 13.9 mm təşkil edir. Bununla yanaşı məlumata əsasən Nintendo Switch 2 özündə 8 düym ölçülü ekranı birləşdirəcək.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Nintendo-nun yeni portativ oyun konsolu artıq yaxın zamanda təqdim oluna bilər
Gamerlər səbrsizliklə Nintendo-nun yeni portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) təqdimatını gözləyirlər.
Cihazlar+
Nintendo Switch 2-yə aid olduqları iddia edilən aksesuarlar satışa çıxıb
Son zamanlarda Nintendo-nun yeni portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində daha çox məlumat ortaya çıxır. Bu isə onun yaxın zamanda təqdim olunacağına işara edir.
Cihazlar+
Nintendo Switch 2-nin hansı zaman aralığında satışa çıxacağı məlum olub
Gamerlər səbrsizliklə Nintendo-nun yeni portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) təqdimatını və satışa çıxma müddətini gözləyirlər.
Cihazlar+
Nintendo-nun yeni portativ oyun konsolunun təqdimatını bu ilin sonuna kimi gözləmək lazım deyil
Gamerlər artıq uzun müddətdir ki, Nintendo-nun yeni portativ oyun konsolunun (şərti adı Nintendo Switch 2) təqdimatını gözləyirlər. Daha öncə təqdimatın bu ilin sonuna kimi baş tutacağı güman olunurdu.
Cihazlar+
Nintendo Switch 2-nin render fotoları və texniki məlumatları təqdim edilib
Nintendo-nun növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində daha çox məlumat internetdə ortaya çıxır.
Ən çox oxunanlar