main-post-cover

    Nintendo Switch 2-nin render fotoları və texniki məlumatları təqdim edilib

    Cihazlar+
    19.09.2024
    Emil Nəcəfov
         Nintendo-nun növbəti portativ oyun konsolu (şərti adı Nintendo Switch 2) barəsində daha çox məlumat internetdə ortaya çıxır. Artıq məlumdur ki, şirkət öz yeni oyun konsolunun istehsalını sürətləndirib. Bu isə onun bu ilin sonuna kimi təqdim ediləcəyi ehtimalını yüksəldir. Məlum olub ki, Reddit istifadəçilərindən biri Nintendo Switch 2-nin fotolarını və texniki məlumatlarını bölüşüb. Məşhur insayderlərdən biri isə Reddit istifadəçisinin bölüşmüş olduğu məlumatların doğruluğunu təsdiqləyib.
         Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Nintendo öz yeni portativ oyun konsolunda əsas konseptini dəyişməyib. Lakin bununla belə Nintendo Switch-dən fərqli olaraq ikinci nəsil bir qədər böyük ölçülərə sahibdir. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Nintendo Switch 2-də Joy-Con adlı idarəetmə hissələri əsas konsola maqnit sayəsində bərkidiləcək. Bu fikir yeni məlumat sızıntısında öz təsdiqini tapıb. Reddit istifadəçisinin məlumatlarına əsasən Nintendo Switch 2-nin uzunluğu 206 mm, eni 115 mm, gövdə qalınlığı isə 14 mm təşkil edəcək.
         Bununla yanaşı yeni portativ oyun konsolu 8 düym ölçülü ekranla təchiz olunacaq və özündə 2 ədəd USB-C girişini birləşdirəcək. Konsolun daxili yaddaşı UFS 3.1 standartlı 256 GB təşkil edəcək. Lakin çox güman ki, şirkət daha böyük həcmli daxili yaddaşa sahib versiyaları da satışa çıxaracaq. Üstəlik məlumatda qeyd edilib ki, Nintendo Switch 2 konsolu 12 GB RAM, soyutma sistemi qismində 2 ədəd pər və HDMI 2.1 dəstəyini əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, birinci nəsil Nintendo Switch 4 GB RAM-a sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yaxın zamanda təqdimat?: Nintendo Switch 2-nin istehsalı sürətləndirilib
    yaxin-zamanda-teqdimat-nintendo-switch-2-nin-istehsali-suretlendirilib
    Nintendo Switch 2-nin əsas texniki göstəriciləri təqdim edilib
    nintendo-switch-2-nin-esas-texniki-gostericileri-teqdim-edilib
    Nintendo Switch 2-nin konstruksiyası barəsində məlumatlar verilib
    nintendo-switch-2-nin-konstruksiyasi-baresinde-melumatlar-verilib
    Nintendo Switch 2-nin performansı PlayStation 4 Pro-nun performansına bərabər ola bilər
    nintendo-switch-2-nin-performansi-playstation-4-pro-nun-performansina-beraber-ola-biler
    Nintendo Switch 2-nin gələn ilin hansı ayında satışa çıxacağı açıqlanıb
    nintendo-switch-2-nin-gelen-ilin-hansi-ayinda-satisa-cixacagi-aciqlanib