Logo
    main-post-cover

    Nintendo Switch 2 rəsmi şəkildə sərgilənib (VİDEO)

    Cihazlar+
    16.01.2025
    Emil
         Uzun müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Nintendo şirkəti sonunda yeni portativ oyun konsolunu rəsmi şəkildə sərgiləyib. Söhbət, Nintendo Switch 2-dən gedir. Bu yeni portativ oyun konsolu xarici görünüşcə və konseptual olaraq birinci nəsil Nintendo Switch-dən heç də fərqlənmir. Şirkət Nintendo Switch 2 haqqında ətraflı məlumatı 2 aprel tarixində təqdim edəcək. Həmin tarixdə həmçinin bu yeni portativ oyun konsolu üçün nəzərdə tutulmuş oyunlar da sərgilənəcək.
         Sadəcə olaraq şirkət indidən Nintendo Switch 2-nin xarici görünüşünə nəzər yetirmək imkanını verib. Bununla belə video sayəsində məlum olub ki, Nintendo Switch 2-nin idarəetmə hissələri (Joy-Con) əsas gövdəyə maqnit bərkidicilər vasitəsilə qoşulacaqlar. Bununla yanaşı təsdiqlənib ki, birinci nəsil Nintendo Switch-dəki oyunlar həmçinin Nintendo Switch 2-də də dəstəklənəcək. Bununla yanaşı videodan da görmək olar ki, birinci nəsil Nintendo Switch ilə müqayisədə Nintendo Switch 2 daha böyük ölçülü ekranı əldə edib. Nintendo Switch 2 bu il ərzində satışa çıxacaq. Çox güman ki, dəqiq tarix məhz 2 aprel tarixində səsləndiriləcək.
    Paylaş