Logo
    main-post-cover

    Nintendo Switch 2 Walmart-da 50 dollar endirimlə satılır

    Cihazlar+
    01.12.2025
    Sevinc
        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Cyber Monday endirimləri davam edir və Walmart gözlənilməz şəkildə Nintendo Switch 2-nin Mario Kart World bundle paketini 449.99 dollara (50 $ endirimlə) satışa çıxarıb. Adətən 79.99 dollara satılan oyun bu paketə daxil olduğu üçün, endirim paketi praktik olaraq oyunu pulsuz etmiş olur və üstəlik konsolun qiymətini də bir qədər aşağı salır.
        Nintendo Switch 2 məşhur ilk nəsil Switch konsolunun uzun müddətdir gözlənilən davamıdır və inqilabi olmasa da, daha müasir və funksional yeniliklərlə təchiz olunub. Konsol 7.9 düymlük 1080p LCD ekran, maqnitlə birləşən yeni nəsil Joy-Con 2 kontrollerlər və daha sürətli çip-mühafizə sistemi ilə gəlir. Bundan əlavə, Switch 2 əvvəlki nəsil Switch oyunlarının böyük əksəriyyətini dəstəklədiyinə görə mövcud kitabxananı problemsiz şəkildə köçürmək mümkündür.
        Cihaz üçün artıq bir neçə eksklüziv oyun mövcuddur: Donkey Kong Bananza, Mario Kart World və Kirby Air Riders. Bundan başqa, ilk nəsil Switch üçün yenilənmiş versiyalar, məsələn, Kirby and the Forgotten Land Plus Star Crossed World də Switch 2-də təkmilləşdirilmiş şəkildə oynana bilir. Xüsusilə də bu həftə satışa çıxacaq növbəti böyük oyun Metroid Prime 4: Beyond nəzərə alınsa, Cyber Monday endirimi daha da cəlbedici görünür.
    Paylaş