
Nintendo Switch 2 yaxın müddətdə anons oluna bilər
Cihazlar+
08.02.2024
Emil
Nintendo-nun bu il öz yeni portativ oyun konsolunu (şərti adı Nintendo Switch 2) təqdim edəcəyi gözlənilir. Lakin bu artıq yaxın zamanda baş verə bilər. İnsayderlərin vermiş olduqları məlumata əsasən Nintendo Switch 2 artıq gələn ayın birinci yarısında anons edilə bilər. Çətin ki, Nintendo mart ayının birinci yarısında öz yeni portativ oyun konsolunun tam təqdimatını keçirtsin. Çox güman ki, şirkət sadəcə olaraq yeni konsolunu anons edəcək. Bu halda Nintendo Switch 2-nin təqdimatı yay fəslinə yaxın müddətdə və ya yay fəslində təqdim oluna bilər. Bununla yanaşı insayderlər əmindirlər ki, Nintendo-nun yeni portativ oyun konsolu 16 GB RAM ilə təchiz olunacaq. Bu isə öz növbəsində konsolda yüksək keyfiyyətli oyunların işə salınması imkanını verəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
