Logo
    main-post-cover

    Nintendo Switch şirkətin ən çox satılan konsolu oldu

    Cihazlar+
    03.02.2026
    Ilhama
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Nintendo Switch rəsmi olaraq Nintendo tarixində ən çox satılan oyun konsolu adını qazanıb. Şirkətin son maliyyə hesabatına görə, 31 dekabr 2025-ci il tarixinə qədər Nintendo Switch-in ümumi satış həcmi 155,37 milyon ədədə çatıb. Bu göstərici ilə o, uzun illər rekordçu olan Nintendo DS modelini geridə qoyub. Nintendo DS 2004-cü ildən etibarən ümumilikdə 154,02 milyon ədəd satılmışdı.
    Nintendo Switch - Wikipedia
        Nintendo hələ noyabr ayında Switch və DS modellərinin satışlarının demək olar ki, bərabər olduğunu bildirmişdi. Gözlənildiyi kimi, Yeni il və bayram mövsümündə artan satışlar Switch-in liderliyə yüksəlməsinə səbəb olub. Bu, Nintendo-nun əsas diqqətini yeni nəsil Switch 2-yə yönəltməsinə baxmayaraq baş verib. Şirkət daha əvvəl bildirmişdi ki, istehlakçı tələbi və bazar şəraiti imkan verdiyi müddətcə orijinal Switch modeli satışda qalacaq. Bu strategiya Nintendo üçün xüsusilə vacibdir, çünki qarşıda daha böyük bir rekord dayanır.
        Hazırda bütün zamanların ən çox satılan oyun konsolu adı PlayStation 2-yə məxsusdur. 2013-cü ildə istehsalı dayandırılan PlayStation 2, 13 il ərzində 160 milyondan çox satışla rekordunu qoruyur.
    Paylaş