
Nokia 2780 Flip adlı yeni düyməli telefon təqdim edilib - QİYMƏTİ
Cihazlar+
03.11.2022
Emil
HMD Global şirkəti Nokia 2780 Flip adlı qapaqlı telefonunu təqdim edib. Sözügedən telefon qapaqlı və düyməli olsa da özündə bir qədər genişləndirilmiş funksionallığı birləşdirir və Linux proqramlaşdırma dilinin əsasında hazırlanmış KaiOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışır. Nokia 2780 Flip klassik qapaqlı telefon dizaynını əldə edib. O, 320x240 piksel keyfiyyətli 2.7 düym daxili ekran və 160x127 piksel keyfiyyətli 1.7 düym xarici ekran ilə təchiz olunub. Mobil telefon özündə Snapdragon 215 prosessorunu, 4 GB RAM-ı və 512 MB daxili yaddaş həcmini birləşdirir. Telefonun daxili yaddaş həcmi demək olar ki, istifadə olunmur. Müxtəlif faylların saxlanması üçün isə microSD kartdan istifadə etmək lazım gələcək. Bununla yanaşı Nokia 2780 Flip 5 MP-lik arxa kameraya, GPS modula, 4G dəstəyinə və 1450 mAh enerji tutumlu batareyaya sahibdir. Məlumata əsasən sözügedən telefon gözləmə rejimində 18 gün ərzində çalışa bilər. Nokia 2780 Flip Youtube, Google Search və Google Maps tətbiqlərinin və KaiOS Store mağazasının dəstəyinə sahibdir. Telefon 17 noyabr tarixində 90$ qiymətində satışa çıxacaq.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
