main-post-cover

    Nokia C110 büdcəli smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.06.2023
    Emil Nəcəfov
        HMD Global şirkəti yeni büdcəli Nokia smartfonunu təqdim edib. Söhbət, Nokia C110-dan gedir. Beləliklə Nokia C110 smartfonu HD+ keyfiyyətli 6.3 düym ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Ekran 2.5D qoruyucu şüşə ilə əhatə olunub və onun maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Əsas texniki göstəricilər baxımından Nokia C110 smartfonu 12 nanometrlik 8 nüvəli MediaTek Helio P22 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi (256 GB-a kimi microSD dəstəkli), 13 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunur və özündə 3.5 mm-lik audiogirişi birləşdirir. Smartfon Android 12 vasitəsilə çalışır. Nokia C110 bu ay ərzində satışa çıxacaq və 100$-a satılacaq.
    Linki kopyala