Logo
    main-post-cover

    Nokia N9 dizaynında HMD Skyline smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.07.2024
    Emil
         Bir neçə müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra HMD Global şirkəti öz brendi altında yeni smartfonunu təqdim edib. Söhbət, HMD Skyline adlı smartfondan gedir. Bu yeni smartfon Nokia N9 tərzində dizaynı ilə seçilir. Beləliklə HMD Skyline smartfonu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfonun gövdəsi IP54 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         HMD Skyline smartfonu Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 108 MP +13 MP + 50 MP üçlü arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə HMD Skyline 33 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. HMD Skyline qutudan Android 14 vasitəsilə çalışır. Şirkət bildirib ki, bu yeni smartfon 2 il ərzində Android dəstəyini və 3 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. HMD Skyline-nın qiyməti 500$-dan start götürəcək. Onun nə zaman satışa çıxacağı isə hələ açıqlanmayıb.
    Paylaş