Logo
    main-post-cover

    Nokia XR20 smartfonunun davamçısı fərqli ad altında satışa çıxacaq

    Cihazlar+
    28.04.2023
    Emil
        Dünən məlumat ortaya çıxdı ki, HMD Global şirkəti xüsusi qorunma özəlliklərinə sahib Nokia XR20 smartfonunun davamçısı üzərində çalışır. Yeni smartfonun Nokia XR30 adlanacağı qeyd edilmişdi. Lakin verilmiş yeni məlumata əsasən Nokia XR20-nin davamçısı bazara digər ad altında satışa çıxacaq. İnsayderlərin sözlərinə əsasən yeni smartfon Nokia XR21 5G adını əldə edəcək. Bu, Nokia XR20-nin bir qədər yaxşılaşdırılmış versiyası olacaq.
        Məlumatda qeyd edilib ki, Nokia XR21 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.49 düym IPS LCD ekran ilə təchiz olunacaq və ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon Snapdragon 695 prosessoru vasitəsilə çalışacaq və özündə 6 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini, 64 MP + 8 MP ikili arxa kameranı, 16 MP-lik ön kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Nokia XR 21 5G-nin gövdəsi həmçinin IP68 standartı üzrə sudan qorunacaq. Smartfon yaxın zamanda təqdim olunmalıdır.
    Paylaş
    Bənzər xəbərlər