Logo
    main-post-cover

    Nokia XR30-un keyfiyyətli fotoları təqdim edilib

    Cihazlar+
    27.04.2023
        HMD Global şirkəti 2021-ci ildə yüksək qorunma özəlliklərinə sahib Nokia XR20 smartfonunu satışa çıxartmışdı. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Nokia XR30-dan gedir. Roland Quandt adlı məşhur insayder isə sözügedən yeni smartfonun keyfiyyətli fotolarını təqdim edib. Verilmiş məlumata əsasən Nokia XR30-un gövdəsi sudan və zərbələrdən qorunma özəlliyini əldə edəcək.
        Bununla yanaşı smartfon 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 64 MP-lik əsas arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən HMD Global şirkəti Nokia XR30-u 500$ qiymətində satışa çıxartmağı planlaşdırır. Onun nə zaman təqdim olunacağı və nə zaman satışa çıxacağı bilinmir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Nokia XR30-un keyfiyyətli fotoları təqdim edilib | Technote