
Nothing 2 yeni smartfon üzərində çalışır
Cihazlar+
04.04.2024
Sabina
Nothing şirkəti keçən ay Nothing Phone (2a) smartfonunu təqdim etmişdi. İnsayderlərin vermiş olduqları məlumata əsasən şirkət hal-hazırda 2 yeni smartfonu üzərində çalışır. Məlumatda qeyd edilib ki, hazırlanan 2 yeni smartfondan biri PacmanPro kod adına, digəri isə Tetris kod adına sahibdir. Çox güman ki, PacmanPro kod adı altında Nothing Phone (3) smartfonu dayanır. Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, Nothing Phone (3) smartfonu Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışa bilər. Bununla yanaşı smartfonun 120 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcəyi gözlənilir. Tetris kod adına sahib smartfona gəldikdə isə onun barəsində bir məlumat hələ yoxdur. Sadəcə güman etmək olar ki, sözügedən kod adı altında Nothing-in növbəti büdcəli smartfonu dayanır.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
