
Nothing 2025-ci ilin əvvəli üçün 3 yeni smartfon hazırlayır
Cihazlar+
02.12.2024
Emil
İnsayderlərin vermiş olduqları məlumata əsasən Nothing şirkəti 2025-ci ilin birinci yarısı üçün 3 yeni smartfonunu təqdim etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, onlardan biri Nothing Phone (2)-nin davamçısı olmalıdır. Söhbət, Nothing Phone (3)-dən gedir. Qeyd etmək lazımdır ki, Nothing Phone (3) keçən həftə Geekbench testlərindən keçdi. Geekbench-in məlumatlar bazasına əsasən bu yeni smartfon Snapdragon 7s Gen 3 prosessoru vasitəsilə çalışacaq.
Təqdimatı planlaşdırılan ikinci smartfon Nothing Phone (3) Pro olmalıdır. Son məlumat sızıntılarına əsasən Pro model 6.7 düym ölçülü ekranla təchiz olunacaq və MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq. Hazırlanan üçüncü smartfon barəsində məlumat yoxdur. Lakin çox güman ki, üçüncü smartfon şirkətin CMF adlı subrendinin bu il təqdim etmiş olduğu CMF Phone 1-in davamçısı olacaq.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
