
Nothing Ear (3) naqilsiz qulaqlığının təqdimatı anons edilib
Nothing şirkəti yeni naqilsiz qulaqlığı olacaq Ear (3)-ün təqdimat tarixini rəsmi şəkildə elan edib. Şirkətin elanına əsasən təqdimat 18 sentyabrda onlayn formatda keçiriləcək. Məlumata görə, Ear (3) adı, Nothing Ear modeli ilə kiçik təcrübədən sonra ardıcıl nömrələnməyə qayıdışı ifadə edir. Qeyd olunur ki, yeni model nömrələmədəki qarışıqlığa baxmayaraq (bu, seriyada dördüncü modeldir, amma üçüncü kimi adlandırılıb), əslində Ear (1), Ear (2) və Nothing Ear-dan sonra seriyanın dördüncü cihazı olacaq. Hazırda Ear (3)-ün texniki xüsusiyyətləri açıqlanmayıb, şirkət yalnız tizer görüntünü dərc etməklə kifayətlənib.

Paylaş