
Nothing Ear (a) naqilsiz qulaqlığının fotoları təqdim edilib
Cihazlar+
09.04.2024
Farid
Android Headlines saytı az əvvəl üçüncü nəsil Nothing Ear naqilsiz qulaqlığının keyfiyyətli fotolarını təqdim etdi. İndi isə həmin sayt Nothing-in təqdimata hazırlaşan daha bir naqilsiz qulaqlığının keyfiyyətli fotolarını təqdim edib. Söhbət, Nothing Ear (a)-dan gedir. Fotolardan da görmək olar ki, Nothing Ear (a) modeli xarici görünüşcə adi Nothing Ear modelinə bənzəyəcək. Lakin Nothing Ear (a)-nın şarj keysi bir qədər fərqli formaya sahib olacaq. Bununla yanaşı Nothing Ear (a) bazara 3 gövdə rəngində satışa çıxacaq. Ağ, qara və sarı. Məlumata əsasən qulaqlıqların özləri IP54 standartı üzrə, şarj keysi isə IP55 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Nothing Ear (a) 18 aprel tarixində üçüncü nəsil Nothing Ear ilə birlikdə təqdim olunacaq.




Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
