main-post-cover

    Nothing Ear Open naqilsiz qulaqlığının fotoları və texniki imkanları təqdim edilib

    Cihazlar+
    24.09.2024
    Emil Nəcəfov
         Təqdimatdan bir neçə saat öncə Roland Quandt adlı məşhur insayder Nothing şirkətinin yeni naqilsiz qulaqlığının fotolarını və bəzi texniki imkanlarını təqdim edib. Söhbət, Nothing Ear Open adlı yeni naqilsiz qulaqlıqdan gedir. Daha öncə də düşünüldüyü kimi Nothing Ear Open idman tərzində naqilsiz qulaqlıq olacaq. Yeni qulaqlıq Nothing-in daha öncəki naqilsiz qulaqlıq modelləri kimi şəffaf gövdə dizaynını əldə edəcək.
         İnsayderin sözlərinə əsasən qulaqlıqlardan hər biri 14.2 mm-lik audio drayver və 64 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Şarj keysi isə 635 mAh enerji tutumlu batareyanı əldə edəcək. Gözləntilərə əsasən qulaqlıqlar bir dəfə şarj olunandan sonra 8 saat ərzində çalışa biləcəklər. Şarj keysi ilə birlikdə isə bu göstərici 30 saat təşkil etməlidir. Bundan əlavə olaraq qulaqlıqların gövdələri IP54 standartı üzrə sudan qorunma özəlliyini əldə edəcəklər. Məlumata əsasən Nothing Ear Open-də ətraf səs-küyün aktiv boğulması funksiyası mövcud olmayacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing yeni cihazının təqdimatını anons edib
    nothing-yeni-cihazinin-teqdimatini-anons-edib
    Nothing öz yeni naqilsiz qulaqlığının ilk tizer fotosunu təqdim edib
    nothing-oz-yeni-naqilsiz-qulaqliginin-ilk-tizer-fotosunu-teqdim-edib
    Nothing şirkəti iki yeni smartfon üzərində çalışır
    nothing-sirketi-iki-yeni-smartfon-uzerinde-calisir
    Nothing sürətlə böyüyən smartfon brendinə çevrilib
    nothing-suretle-boyuyen-smartfon-brendine-cevrilib
    Nothing şirkəti yeni naqilsiz qulaqlıq üzərində çalışır
    nothing-sirketi-yeni-naqilsiz-qulaqliq-uzerinde-calisir