Logo
    main-post-cover

    Nothing-in CEO-su Carl Pei qatlana bilən smartfonları tənqid edib

    Cihazlar+
    11.07.2023
    Emil
        Nothing şirkətinin CEO-su Carl Pei bugün India Today nəşriyyatına müsahibə verib və müsahibə çərçivəsində o, qatlana bilən smartfonlara olan münasibətindən danışıb. Onun fikirlərindən belə qənaətə gəlmək olar ki, Nothing şirkətinin qatlana bilən smartfonunu yaxın gələcəkdə gözləmək lazım deyil. Müsahibə çərçivəsində Carl Pei bildirib ki, qatlana bilən smartfonlar alıcıların tələblərindən daha çox istehsalçıların təşəbbüsləridir. Onun sözlərinə əsasən əgər Nothing şirkəti Fold və ya Flip form-faktorunda qatlana bilən smartfon istehsal etmək qərarına gəlsə, bu, heç də yaxın gələcəkdə baş verməyəcək.
        “Mən düşünmürəm ki, istifadəçilər belə bir fikirə sahibdirlər. “Mən istəyirəm ki, mənim smartfonum qatlana bilsin”. Mən düşünürəm ki, bu, istehsalçılar tərəfindən alıcılara məcbur şəkildə tətbiq edilən innovasiyadır” - deyə Carl Pei qeyd edib. Bununla yanaşı Carl Pei düşünür ki, hal hazırda olan bütün qatlana bilən smartfonlar eynidirlər. O hesab edir ki, istifadəçilər hal hazırda qatlana bilən smartfonları bir-birilərindən sadəcə istehsalçıların loqoları vasitəsilə fərqləndirə bilirlər. Qeyd etmək lazımdır ki, yaxın saatlar ərzində Nothing şirkəti öz yeni smartfonu Nothing Phone (2)-ni təqdim edəcək.
    Paylaş
    Bənzər xəbərlər