Logo
    main-post-cover

    Nothing-in CEO-su smartfonların gələcəkləri barəsində fikirlərini söyləyib

    Cihazlar+
    20.07.2023
    Emil
        Nothing şirkətinin CEO-su Carl Pei The Verge saytına böyük müsahibıə verib. Öz müsahibəsində o, şirkətin keçən həftə təqdim edilmiş Nothing Phone (2) smartfonu barəsində suallara cavab verib. Bununla yanaşı Carl Pei yaxın gələcəkdə smartfonlarda olacaq dəyişikliklərdən danışıb. Carl Pei əmindir ki, smartfonlar hal hazırki formatlarını hələ uzun illər ərzində qoruyub saxlayacaqlar. Yəni onlar növbəti illərdə də böyük ölçülü ekranlara və keyfiyyətli kameralara sahib formatda satışa çıxacaqlar. Ənənəvi smartfonların AR/VR texnologiyalar və ya səs vasitəsilə idarəetmə sistemləri ilə əvəzlənmələri fikirlərinə gəldikdə isə Carl Pei bildirib ki, onların hamısı sadəcə olaraq ənənəvi cihazlar üçün nəzərdə tutulmuş əlavə imkanlardır.
        “Siz eyni səviyyədə faydanı təkcə audiodan istifadə edərək əldə edə bilməzsiniz. Bununla yanaşı daimi şəkildə virtual reallıqda olmaq da heç xoş deyil. Lakin ola bilər ki, əməliyyat sistemi və proqram təminatı səviyyəsində baş verənlər hal hazırda bizlərin süni zəka sahəsində müşahidə etdiklərimiz yeniliklərlə bir yerdə dəyişəcəklər” - deyə Carl Pei qeyd edib. Smartfonun sadəcə müxtəlif tətbiqləri işə salmaq üçün nəzərdə tutulmuş bir cihaz kimi qalıb-qalmayacağı sualına Nothing şirkətinin CEO-su cavab olaraq bildirib ki, bu məsələdə şirkətlər eyni uzunmüddətli baxışa sahibdirlər. Onun fikrincə müasir smartfonlar vaxtı ikən Symbian vasitəsilə çalışmış mobil cihazlardan o qədər də fərqlənmirlər.
        Bu hələ də tətbiqləri işə salmağa imkan verən cihazdır və bu ənənəvi konsept tamamilə yeni konseptin ortaya çıxmasına qədər olduğu kimi qalacaq. Carl Pei düşünür ki, smartfonların gələcəkləri sadə tətbiqlərin arxasında deyil, çat-botlara bənzəyən bir şeyin arxasındadır. Pei hesab edir ki, gələcəkdə istifadəçi smartfondan nəyinsə edilməsini istəyəcək və smartfon tələb olunan sorğunu yerinə yetirəcək. Yəni istifadəçi müəyyən prosesləri smartfona həvalə edə biləcək. Məsələn bu, fotoların redaktə edilməsi və ya 3D modelləşdirmə ola bilər. İstifadəçi tələb olunan nəticəni əldə etmək üçün tətbiqlərlə qarşılıqlı əlaqədə olmağa və ya hətta onları görməyə belə ehtiyac duymayacaq.
    Paylaş
    Bənzər xəbərlər