main-post-cover

    Nothing-in CMF subbrendi öz ilk smartfonu üzərində çalışır

    Cihazlar+
    24.04.2024
    Farid Pardashunas
         Nothing şirkəti keçən ilin avqust ayında CMF adlı ilk subbrendini təsis etdiyini elan etmişdi. Sentyabr ayında isə sözügedən subbrend ilk məhsullarını təqdim etmişdi. Subbrendin ilk məhsulları arasında naqilsiz qulaqlıq, smart saat və şarj adapteri var idi. Ortaya çıxmış yeni məlumata əsasən CMF brendi öz ilk smartfonu üzərində çalışır. Belə ki, bu subbrendin daha öncə məlum olmayan model nömrəsinə sahib cihazı bəzi tənzimləyici orqanların saytlarında ortaya çıxıb.
         Tənzimləyici orqanların saytlarında qeyd olunmuş məlumata əsasən A015 model nömrəsi mobil cihazlar kateqoriyasına aid edilib. İlk növbədə güman olundu ki, sözügedən model nömrəsi bu il ərzində təqdim olunacaq Nothing Phone (3) smartfonuna aiddir. Lakin tənzimləyici orqanın məlumatlar bazasında qeyd edilib ki, A015 model nömrəsinə sahib cihazın brendi qismində CMF çıxış edir. CMF-nın tənzimləyici orqanların saytlarında ortaya çıxmış smartfonunun texniki göstəriciləri barəsində məlumat yoxdur. Lakin onun tənzimləyici orqanların saytlarında artıq ortaya çıxması təqdimatın yaxın zamanda baş tutacağından xəbər verir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing Phone (3)-ün təqribi təqdimat müddəti açıqlanıb
    nothing-phone-3-un-teqribi-teqdimat-muddeti-aciqlanib
    Nothing Ear (a) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    nothing-ear-a-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Üçüncü nəsil Nothing Ear naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
    ucuncu-nesil-nothing-ear-naqilsiz-qulaqligi-teqdim-olunub-qiymeti
    Nothing Ear (a) naqilsiz qulaqlığının fotoları təqdim edilib
    nothing-ear-a-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib
    Üçüncü nəsil Nothing Ear naqilsiz qulaqlığının fotoları təqdim edilib
    ucuncu-nesil-nothing-ear-naqilsiz-qulaqliginin-fotolari-teqdim-edilib