
Nothing-in CMF subbrendinin ilk smartfonunun əsas texniki imkanları açıqlanıb
Cihazlar+
21.05.2024
Emil
Son məlumat sızıntılarına əsasən Nothing şirkətinin CMF subbrendi öz ilk smartfonu üzərində çalışır. Gözləntilərə əsasən smartfon CMF Phone (1) adını əldə edəcək. İndi isə insayderlər CMF Phone (1)-in texniki imkanları barəsində təfərrüatlar veriblər. Beləliklə verilmiş məlumata əsasən Nothing şirkətinin CMF subbrendinin ilk smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym OLED ekranı əldə edəcək.
Smartfon MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini birləşdirəcək. İnsayderlər bildiriblər ki, kameralar mövzusunda CMF Phone (1) smartfonu 50 MP-lik əsas arxa kameranı və 16 MP-lik ön kameranı əldə edəcək. Batareyaya gəldikdə isə smartfonun 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacağı gözlənilir. Məlumatda qeyd edilib ki, CMF Phone (1) qutudan NothingOS 2.6 interfeysli Android 14-ü əldə edəcək. CMF Phone (1)-in nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
