main-post-cover

    Nothing-in CMF subbrendinin ilk smartfonunun satış qiyməti açıqlanıb

    Cihazlar+
    10.05.2024
    Sabina Rustamli
         Nothing şirkəti keçən ilin avqust ayında özünün CMF adlı ilk subbrendini təsis etdi. Şirkətin sözügedən subbrendinin artıq naqilsiz qulaqlığı, smart saatı və şarj adapteri var. Son zamanlarda ortaya çıxmış məlumata əsasən isə CMF indi də öz ilk smartfonu üzərində çalışır. 2 gün bundan öncə 91mobiles saytı smartfon barəsində bəzi məlumatları da vermişdi. İndi isə həmin sayt CMF subbrendinin ilk smartfonunun hansı qiymətə satılacağı barəsində məlumatı təqdim edib. Beləliklə 91mobiles saytının təqdim etmiş olduğu məlumata əsasən CMF-nın ilk smartfonu təqribi olaraq 145$ qiymətində satışa çıxacaq.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, Nothing şirkətinin mart ayında təqdim etmiş olduğu Nothing Phone (2a)-nın qiyməti 300$ təşkil edir. Məlumata əsasən CMF-nın ilk smartfonu CMF Phone (1) adlanacaq. Gözləntilərə əsasən sözügedən smartfon plastik gövdəyə sahib olacaq və 6.5 düym ölçülü ekranla təchiz olunacaq. Smartfon MediaTek-in 5G dəstəkli prosessoru vasitəsilə çalışmalı və özündə 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirməlidir. CMF Phone (1)-in nə zaman təqdim olunacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Nothing-in CMF adlı subbrendinin ilk smartfonu barəsində yeni məlumatlar verilib
    nothing-in-cmf-adli-subbrendinin-ilk-smartfonu-baresinde-yeni-melumatlar-verilib
    Nothing-in CMF subbrendi öz ilk smartfonu üzərində çalışır
    nothing-in-cmf-subbrendi-oz-ilk-smartfonu-uzerinde-calisir
    Nothing Phone (3)-ün təqribi təqdimat müddəti açıqlanıb
    nothing-phone-3-un-teqribi-teqdimat-muddeti-aciqlanib
    Nothing Ear (a) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    nothing-ear-a-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Üçüncü nəsil Nothing Ear naqilsiz qulaqlığı təqdim olunub - QİYMƏTİ
    ucuncu-nesil-nothing-ear-naqilsiz-qulaqligi-teqdim-olunub-qiymeti