Logo
    main-post-cover

    Nothing-in tam ölçülü qulaqlığının satış tarixi və qiyməti açıqlanıb

    Cihazlar+
    04.06.2025
    Emil
         Xüsusi dizayna sahib smartfonları və naqilsiz qulaqlıqları ilə tanınan Nothing şirkəti may ayının ortalarında rəqiblərin təqdim etdikləri məhsullardan narazı olduğunu bildirib və tam ölçülü öz qulaqlığını təqdim etməyə hazırlaşdığını açıqlayıb. İstehsalçı hələ qulaqlıqla bağlı təfərrüatları açıqlamayıb, lakin ilk məlumatı MysteryLupin ləqəbli insayder paylaşıb. MysteryLupin öz X səhifəsində qeyd edib ki, bu qulaqlıq Nothing Headphone (1) adlanacaq və 30 sentyabr tarixində qara və ağ rənglərdə satışa çıxarılacaq. Onun məlumatına görə, qulaqlığın qiyməti 299$ təşkil edəcək. Bundan əvvəl Nothing sadəcə bu qulaqlığın qatlana bilən konstruksiyaya və xüsusi dizayna sahib olacağını açıqlamışdı.
    Paylaş