
Nothing növbəti smartfonuna dair qeyri-adi tizer fotonu bölüşüb
Cihazlar+
24.01.2025
Emil
Nothing şirkəti X-dəki (keçmiş Twitter) hesabında növbəti smartfonuna işarə edən fotonu təqdim edib. Görünür, şirkət yeni smartfonunun təqdimatına aktiv şəkildə hazırlaşır. Təqdim edilmiş qeyri-adi fotoda yeni smartfonun arxa panelinin bir hissəsini görmək olar. Arxa panelin əks olunmuş bir hissəsində vintləri və digər daxili komponentləri görünür. Bu isə yeni smartfonun arxa panelinin yenidən şəffaf dizayna sahib olacağından xəbər verir. Lakin foto arxa paneli tam şəkildə əks etdirmədiyi üçün smartfonda Glyph işıqlandırma sisteminin olub-olmayacağı aydın deyil. Nothing tərəfindən paylaşılmış bu qeyri-adi foto şirkətin təqdimata hazırlaşan iki smartfonundan birinə aid ola bilər. Söhbət, Nothing Phone (3a) və Nothing Phone (3a) Plus-dan gedir.

Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
