Logo
    main-post-cover

    Nothing öz icmasını 5 milyon dollarlıq investisiyaya dəvət edir

    Cihazlar+
    04.12.2025
    Sevinc
         Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, “Nothing” istifadəçi icmasına şirkətin səhmlərini almaq imkanı yaratmaq üçün 10 dekabrdan etibarən 5 milyon dollarlıq yeni icma investisiya raundu açır. Bu raund vasitəsilə insanlar şirkətin 1,3 milyard dollarlıq “Series C” dəyəri üzrə səhmlər əldə edə biləcəklər.
        Şirkət indiyədək iki icma investisiya mərhələsində 8 min nəfərdən ümumilikdə 8 milyon dollar toplayıb. İlk icma raundu 2021-ci ildə keçirilib və “Nothing” həmin vaxt 1,5 milyon dollar toplamağı hədəfləmişdi. Şirkət sentyabr ayında Tiger Global, GV, Highland Europe, EQT, Latitude, I2BF və Tapestry kimi böyük investorların da iştirak etdiyi “Series C” raundunda 200 milyon dollar vəsait cəlb edib. Ümumilikdə “Nothing” bu günə qədər 450 milyon dollar yatırım toplayıb.
        Yeni icma raundu “Nothing”in korporativ strukturunda dəyişikliklər etdiyi bir dövrə təsadüf edir. Nothing bu il ümumi gəlirinin 1 milyard dolları keçdiyini və bunun 2024-cü illə müqayisədə 150 % artım olduğunu bildirib.
    Paylaş
    Bənzər xəbərlər